Velokross idmanı üçün velosipedi indi al. Əgər sən də bu idman növünə başlayıb professional olaraq yarışlara qatılmaq istəyirsənsə o zaman arzuladığın yüksək keyfiyyətlə hazırlanmış dözümlü aerodinamikaya sahib olan yeni birinci əl velosipedlər mağazamızda və online veloshop-da sizi gözləyir.
Velokross velosipedlər qravel modellərinə oxşasa da fərqli xüsiyyətləri var. Belə ki xüsusi idman növü üçün dizayn olunan bu modellər daha yüngül çəkiyə sahibdirlər və kələkötürlü offroad yollarda yaxşı performans göstərirlər. Xüsusi velosiped yarışlarında idmançılar yolun müəyyən hissəsində velosipedi əllərində daşıdıqları üçün cyclocross velosipedlərin aerodinamikası xüsusi olaraq bunun üçün hazırlanıb. Daha enli təkərlər palçıq yolları rahat problemsiz keçməkdə böyük üstünlük yaradır. 60 dəqiqəlik yarışlarda ümumi olaraq yarışçılar 30 dəfəyə yaxın velosipedi daşımalı olurlar buna görədə aluminium materialının istifadəsi istehsalatında geniş tətbiq edilir, digər tərəfdən titan və poladın tərkibli bəzi hissələr velosipedin ömrünü uzanmasına xidmət etməklə yarışlarda daha yüksək performans göstərməyinizə də koməklik edir.
Mağazamızda Azərbaycanın istənilən guşəsində yarışa biləcəyiniz hər ölçüdə və çeşiddə olan sport velosipedləri ilə tanış ola bilərsiniz. Karbon fiber materialdan hazırlanmış çərçivə (rama) və əyləc diskləri ən ekstrim bölgələrdə sizə üstünlük qazandıracaq. Büdcənizə uyğun sərfəli qiymətlərlə müvafiq olaraq alman və Amerika Birləşmiş Ştatları kimi ölkələrin məşhur velosiped istehsalçıları olan Cube və Trek brendləri arasından seçim etməkdə işinin peşəkarı əməkdaşlarımız sizlərə kömək etməyə hazırdır. Təkərlərə gəldikdə isə palçıqlı yollardan rahat keçə bilməsi üçün 30-34 mm ölçülü şinlər standart olaraq istifadə olunur. Xüsusi gücləndirilmiş amortizasiya sistemi, əyləclər və pedallar ofroad yollarda ani olaraq dayanmaq üçün idealdır. Cyclocross velosipedlər unisex olduğu üçün kişilər və qadınlar rahatlıqla eyni model velosipedlərlə yarışa qatıla bilərlər.
Gravel (çınqıl velosipedləri) ümumilikdə desək çox çeşidli olub istənilən daşlıq ərazidə sürmək üçün yararlı olan velosiped növüdür. Qravel bikelar asfalt, çınqıl, meşə va palçıqlı torpaq yollarda rahatca hərəkət etdiyindən demək olar ki səyahət üçün ən çox üstün tutulan velosipeddir. Uzun səyahətə və ya hikingə getməyi planlaşdırırsınızsa sizin üçün ən yaxşı yol yoldaşı qravel velosipedi olacaqdır. Rahat oturacağı, ani tormozlamağa imkan yaradan əyləc diskləri, komfortlu sükanı və su termosunu saxlaya biləcəyiniz tutacağı ilə saatlarla yorulmaq bilmədən velosiped sürüb təbiətdən həzz ala bilərsiniz. Çanta tutacaqları ilə özünüzlə rahatlıqla soyuq hava üçün tərlətməyən termal sport paltarları və təmir üçün ehtiyat hissələri daşıya bilərsiniz.
Şosse velosipedləri elə bir modeldir ki burada fərq etmir siz maratonlara, yarışlara hazırlaşan idmançısnız, hobi olaraq sürürsünüz yoxsa velosipedlə rayonlara və ya xarici ölkəyə səfərə gedəcəksiniz. Hər cür istifadəyə yarayan bu modellər həvəskarların həmişə nömrə bir seçimi olur. Dünyada lider olan Cube və Trek firmaları həm kişilər həm də qadınlar üçün geniş çeşidlər təklif edir. Vaxta qənaet edib sürətli sürməyi sevənlər üçün “şoseynik”lər yüngül ramaya və aerodinamik dizayna sahibdir. Yol velosipedləri yeni başlayan və təcrübəli idmançıların rahatlıq və yüksək keyfiyyəti səbəbindən ilk seçimi olur. Modellər baxımdan çox çeşidli olduğu üçün onu da qeyd etməliyik ki original road bikelarının təkərləri nazik, sükanlarının isi üzü aşağıya doğru əyilmiş olur.
Şosse və gravel
13
Müracİət et
14.01.2022
Сube 2022 modelləri də gəldi !
15.12.2021
Yeni ilə - yeni velosiped ilə!
19.02.2022
Velosipedin yaranma tarixi