Velosiped növləri
06.02.2022
Yaz ayları gələn kimi velosiped sürmək vaxtı başlayır. Bu o deməkdir ki, özünüz üçün ideal model axtarmağı zamanıdır. İlk olaraq, harada sürəcəyinizi təyin etməlisiniz. Buna görə gəlin velosipedləri təyinatları üzrə sıralayaq.
Şosse velosipedləri
Bu velosiped növü bir çox yarışlarda istifadə olunur. Həm yüngül qısa məsafəli yarışlar, həm də qlobal, dünya səviyyəli, uzun məsafəli, etaplarla olan yarışlarda. Velosipedin quruluşu həm çempionat üçün, həm də şəhər daxilində cəld hərəkət etmək üçün uyğundur. Bu tip velosipedlər çox da rahat olmur, çünki sürət üçün rahatçılığ qurban verilmiş olur.
Şosse velosipedlərin digər modellərdən fərqləndirən əsas amillər:
• Aerodinamik sükan
• Yüngül, eyni zamanda sərt və qısaldılmış çərçivə
• Amortizator yaylarının olmaması
• Yüngül çəki.
Səyahət velosipedləri
Səyahət velosipedləri uzun yürüşlərdə maksimal rahatlıq təmin etmək üçün dizayn olunub və uyğun aksesuarlarla təmin olunub. Xüsusi olaraq çantalarınızı asanlıqla yerləşdirmək üçün yük yeri ilə təmin olunur. Bu modellərdə çətinlikləri qət etmək üçün və daha dayanıqlı olması üçün qalın və enli şinlərlə təmin olunur, və bu öz sırasında yürüşlərə rahatlıq qatır.
Konstruksiyanın əsasları :
• Yüksək yumuşaqlıqlı oturacaqlar;
• Şosse velosipedlərinə nisbətən qalın şinlər;
• Həm yolsuzluq, həm də asfalt örtüklər üçün nəzərdə tutulmuş şinlər;
• Əsasən V-Brake tipli əyləclər istifadə olunur;
• Uzadılmlş çərçivə;
• Çoxpilləli transmissiya.
Dağ velosipedləri
Daha çox tanınmış velosiped növüdür, həm peşəkar idmançılar, həm də həvəskar sürücülər tərəfindən istifadə olunur. Əvvəlcədən tam yolsuzluqda komfortlu hərəkət etmək üçün yaradılmış bu model, son zamanlarda daha çox şəhər daxilində qarşımıza çıxır.
Velosipedin xüsusiyyətləri:
• Daha enli və möhkəm çərçivə;
• Enli şinlərlə təchiz olunmuş təkərlər;
• Çoxpilləli ötürücü sistemi;
• Amortizatorlu maşa.
• Disk tipli əyləc sistemi.
• İstifadə istiqamətlərindən asılı olaraq, velosipedləri işıqlandırma aksessuarları, palçığdan qorunma qanadları, ayaqlıq, yük baqajları və s. Aksessuarlarla tamamlamaq imkanı var.
Hibrid
Hibrid velosipedləri, əsasən şosse və dağ velosipedinin funksionallığını bir modeldə cəmləşdirir. Nəticədə isə, həm şəhər daxilində sürətli və rahat hərəkət etməsi mümkün olan, həm də yolsuzluqda idarə oluna bilən bir velosiped ortaya çıxır.
Şosse velosipedlərinə xas olan 28 ölçülü təkərlər və oxşar çərçivə üzərinə dağ velosipedindən götürülmüş düz formada olan sükan və daha böyük intervalı olan ötürücü sistemi hətta çətin əraziləri belə rahatlıqla keçmək imkanı yaradır.
Gravel velosipedləri
Bu velosiped növü yolsuzluqda sürətli hərəkət üçün yaradılıb. Möhkəm və yüngül çərçivə, spesifik oturuş bucağı və güvənəli disk əyləc sistemi ilə təchiz olunur. Velosipedin yüngüllüyü onu asanlıqla çiyində daşımaq imkanı verir.
Əksər hallarda bu modellər universal nəqliyyat vasitəsi kimi istifadə olunur. Ehtiyac olduqda, velosipedi palçıqdan qorunma qanadları və baqajla təmin etmək mümkündür.
Elektrik velosiped
Elektrik velosipedləri standart velosipedlərlə eyni kateqoriyaya aid eləmək çətindir. Siz pedalları firlayan zaman mühərrik sizə kömək edir və siz ayağınıza qat-qat az güc verməli olursunuz. Bütün bu sistem çərçivədə yerləşdirilmiş batareyadan güc alır, və kontrollerlər vasitəsi ilə tənzimlənir.
Çərçivədə yerləşdirilən avadanlıqlar velosipedin çəkisini hiss olunacaq qədər artırır. Lakin mühərrik sayəsində bu tip velosipedlərlə yoxuş qaxmaq standart velosipeddən belə az güc tələb edir.
Trek velosipedləri (Time Trial)
Trek velosipedləri xüsusi konstruksiya həndəsəsinə malikdir. Bu konstruksiya professional yarişlarda istifadə olunmaq üçündür. Yüksək aerodinamikaya malik olan velosipedlər vaxt əsasında olan yarışlarda sürülür.
Komfortlu oturuş bucağını təmin etmək üçün, xüsusi oturacaq və sükan istifadə olunur. Bunların köməyi ilə idmançı istənilən döngələrə asanlıqla sahib ola bilər.
Trek velosipedləri ən yüngül velosipedlərdəndir.
Məhsullar
Hamısı
3
Şosse və gravel
3


