2 Təkər
Dəyərlərimiz nədir?
Ekologiya, təbiət, sağlam və aktiv həyat, təmizlik.
Missiyamız nədir?
2Təkər komandası inanır ki, bizim cəmiyyətdə hər bir insan, idman potensialına malikdir. Bu potensialı gerçəkləşdirməkdə köməklik etmək, bizim borcumuzdur!
Vəzifəmiz nədir?
İstənilən alıcıya onun məqsədlərinə uyğun bir velosiped seçməsinə kömək etməkdir. Gəzinti, dağlarda yürüş, marafon, gündəlik istifadə - fərqli məqsədlər üçün fərqli velosipedlər. Qızlar, oğlanlar, uşaqlar, idmançılar və iş adamları – hər birinə biz individual yanaşıb və ona ən yaxşı velosiped təklif edəcəyik.
Arzularımız nədir?
Velosipedi həyatımızın ayrılmaz hissəsi etmək. Nəqliyyat kimi istifadəsinin təbliğini artırmaq. Velosiped yollarının salınması və onların sayının artırılması.