Cube Touring 2021 - M ölçülü şəhər/tur velosipedi - Super Yüngül Alüminium Çərçivə
Qarışıq yollu ərazidə çox yönlü istifadə etmək üçün Cube brendi tur velosipedinə lazım olan bütün vacib komponentləri toplayaraq özünün “Səmərəli komfort həndəsəsi” adlandırdığı dizaynı ərsəyə gətirmişdir. Bunun sayəsindən uzun gün boyu davam edən səyahətlərdə belə oturacaqda yorulmadan əyləşərək sükanı səlistliklə idarə edə biləcəksən.
Velosipedin Sistemi
24 sürətlik Shimano transmissiyası ilə keçdiyin səth dəyişsə belə pedallama tempinin dəyişmədən yola davam etmək olur. Ön və arxa təkərə quraşdırılmış V şəkilli əyləclər hər dəfə sürdüyündə rahat şəkildə dayanmağını ətmin edəcək. 63 mm-lik SR Suntour NEX ön çəngəl amortizatoru anidən səth qabarıqlıqdan keçdikdə belə idarəni itirməyinə imkan verməyəcək.
Çərçivə
Uzun məsafələrə səfər etmək üçün çərçivəyə lazım olan xüsisiyyətlər onun yüngül və dözümlü olmağıdır elə məhz bu səbəbdən onun boruları iki qatlı olaraq yüngül alüminum ilə qatlanıb. Məftillər uzunömürlü olması məqsədilə daxildən keçirilmişdir bu da əlavə olaraq velosipedə səliqəli və gözəl görünüş qazandırır. Şəhər tur kateqoriyasından olan velosipedlərin başqa bir üstün xüsusiyyətləri onların əlavə olaraq aksesuarlara ehtiyacların olmamasıdır çünki yola çıxarkən götürməli olduğun bir çox şey modelin üzərində hazır şəkildə gəlir. Zavod keyfiiyətində ayaqlıq, işıq, mudguard və müxtəlif aksesuarları əlavə ödəniş etmədən əldə etmiş olursan.
Çərçivə
|
Aluminium Superlite |
Maşa
|
SR Suntour NEX, 63mm |
Sürətlərin sayı
|
24 |
Arxa ötürücü
|
Shimano RD-M310, 8 |
Qabaq ötürücü
|
Shimano FD-M310 |
Sürət keçiriciləri
|
Shimano ST-TX800 |
Sistem
|
Shimano FC-TX801, 48x38x28T |
Əyləclər
|
V-Brake |