Velosiped çantası səyahət edərkən yükün ağırlığından asılı olmayaraq rahat sürə bilməyiniz üçün dizayn olunub. Yola çıxarkən çantanı düzgün seçməlisiniz ki uzun məsafələr boyunca pedalladıqca yorulmadan özünüzlə ağır yükləri də rahatlıqla daşıya biləsiniz.
Keyfiyyətli çantalar sürətli sürdükcə, çökəkliklərdə amortizator yelləndikcə bədənə sürtünməli deyil. Xüsusilə mtb dağ velosipedi sürənlər çantanı qurşaq və sinə hissədən meşədən, dağlıq, daşlıq, torpaq ərazidən keçəndə sürtənməsin deyə kəmərlə bağlayır. Yağışlı və qarlı havadan qorunmaq üçün çantanı su keçirməz qoruyucu ilə örtmək olar. Hiking çantalarında olduğu kimi əksər sport çantalarında da su sistemi olur belə ki, su qabını sumkanın cibindən çıxarmadan boru vasitəsilə içə biləsiniz. Kiçik idman çantası və ya ryukzak almaq seçimini etməmişdən əvvəl səyahətə özünüzlə hansı idman geyimlərini, velosiped ehtiyat hissələrini və aksesuarlarını aparacağınızı öncədən qərarlaşdırmalısınız. Oturacağın altı çantaları gündəlik istifadədə kiçik əşyaları daşımaq üçün mükəmməl olub, şosse, yol, qravel və hibrid velosiped sürənlərin birinci seçimidir. İngiliscə “pannier bag” deyilən səbət çantaları arxa təkər üzərinə hər iki tərəfdən aşırmaq üçün dizayn olunub.
Bü növ çantalar daha çox velosipedlə səyahətə çıxan sürücülərin arasında populyar olmasına baxmayarag, qadınlar da həmçinin şəhər velosipedlərinə quraşdırmağa xoşlayır və ən əsas elektrik velosipedinə nəqliyyat vasitəsi əvəzinə üstünlük verən sürücülər istifadə edir. Kiçik ölçülü yüngül bel çantalarını sükana və tutacaqlara taxa bilərsiniz, çəkisi az olduğundan tarazlığınızı pozmayacaq.
Velosiped çantası təmir dəstini daşımaq üçün əla vasitədir, yola çıxanda bilmək olmaz hansı hadisə ilə qarşılaşa bilərsiniz. Brend çantalar ölçülərinə, rənglərinə, xüsusiyyətlərinə, formalarına qiymət aralığına (ucuz, ekonom, büdcə dostu, bahalı) görə çeşidlərə ayrılır, almaq istədiyiniz vaxt öz ehtiyacınıza uyğun çanta seçməyiniz daha məqsədə uyğun olar.
Instagramda çanta şəkillərinə baxdıqdan sonra original brend sport kişi və qadın çantası almaq üçün Trek və Cube-nin Azərbaycanda yeganə distributoru olan 2təkər online velosiped və aksesuarları mağazası daima ən sərfəli və güzəştli qiymətlərlə bir klik uzağınızdadır. Bakı şəhərində yerləşən ünvanımıza baş çəkib çantaların materialları ilə fiziki olaraq da tanış ola bilərsiniz
Çantalar, xurcunlar və telefon qabları
15
Müracİət et
14.01.2022
Сube 2022 modelləri də gəldi !
15.12.2021
Yeni ilə - yeni velosiped ilə!