Cube Acid 240 2021
Cube Acid 240 2021 uşaqların valideynlərlə offroad sürüşlərə və ya sadəcə kələ-kötürlü yollardan keçə bilməyi üçün hər şeyi özündə cəmləşdirir. 7 Sürətli Shimano transmissiyası ilə asfaltdan torpaq yola keçmək və ya sadəcə yoxuş istiqamətində pedallamaq uşaqlar üçün heç bu qədər asan olmamışdı. Erkən yaşda sürət dəyişməyi öyrənmək onların fiziki və əqli inkişafına dəstək olmaqla bərabər həm də pedallamağı asanlaşdıraraq daha uzun müddət velosiped sürərək idman etmələrinə dəstək olur.
Yüngül alüminium 6061 çərçivəsinin geometrik quruluşu sayəsində yorulmadan arxayın şəkildə sürmək və manevr etmək əyləncəni ayrı bir səviyyəyə qaldırır. Digər mtb velosipedlərdən fərqli olaraq uşaqların daha rahat minib və düşməyi eləcədə ayaq üzərində rahat dura bilmələri çərçivə dizaynında nəzərə alınıb 60 mm SR Suntour SF15 maşa amortizatoru ön təkərin aldığı vibrasiyası udaraq sürmək həzzini artırır və bəzən də sadə uşaq velosipedinin keçə bilməyəcəyi yoldan keçməyə xidmət edir. Cube IMPAC Smartpac şinləri səlist manevri qabiliyyətini artıraraq səhvən yoldan çıxmağa imkan vermir, eləcə də müxtəlif səthlərdə hətta yağışlı hava şəraitində belə əyləcdən istifiadə etdikdə təkərin süşürmədən dayandırır. Əl əyləcləri komfortlu tutacaqları ilə refleks qədər sürətli olaraq hərəkə düşür.
Çərçivə
|
Aluminium Lite 6061 |
Maşa
|
SR Suntour SF15, 60mm |
Sürətlərin sayı
|
7 |
Arxa ötürücü
|
Shimano RD-M310, 7 |
Sürət keçiriciləri
|
Shimano SL-RS45, Revoshift |
Sistem
|
Samox, 32T |
Əyləclər
|
Alloy V-Brake |