Dağ velosipedi almaq istəyənlər adi gündəlik velosiped axtarmırlar. Bu idman növü şosse, şəhər daxili səyahətçilər üçün deyil. Bu ekstrim idman növü sevənlər özləri kimi macəra sevən velosipedlər axtarırlar mtb seçərkən xüsusi olaraq bədən ölçüsünü və istifadə eləcəyiniz yerləri də nəzərə almalısınız.
Amortizator : Keçəcəyiniz ərazinin daşlıq qayalıq yoxsa adi meşələr olmasından asılı olaraq düzgün seçim etməyinizdə fayda var. Düz yollara 75 millimetrlik çəngəl kifayət etdiyi halda kələ-kötürlü dik yamaclar üçün 200 millimetrlik amortizator çəngəli daha uyğun olar. Həm arxa həm da ön amortizatorlu dağ velosipedləri davamlı, uzun ömürlü olmaqla yanaşı həmdə daha təhlükəsizdir.
Əyləc diskləri : Arxa və qabaq əyləclər istənilən situasiyada velisoped üzərində tam idarəni ələ almağa imkan yaradır. Daşlı, keçilməsi çətin yollarda yüksək keyfiyyətli mtb əyləc (tormoz) diskləri optimal yavaşlama ilə tarazlığı saxlayır.
Çərçivələr : Velosipedin əsas bədən hissəsi olub, onun tarazlığında, dözümlülüyündə və çəkisində əsas rolu oynayır. Cube və Trek kimi Almaniya və Amerika brendləri bu hissəni istehsal edərkən yüksək keyfiyyətli aluminium və karbon materiallarından istifadə edirlər.
Təkərlər : Köhnə mtb velosipedlərdə təkər ölçüləri kiçikdən başlayaraq 26-a qədər davam edirdisə indi hal-hazırda 27.5 və 29 inç ölçülərində də təkərlər var. Təkərlər dözümlü və yüngül olması üçün iki qatlı aluminium və karbondan hazırlanır.
Sürət qutusu və ötürücülər : Burada ən vacib məqam sürəti dəyişməyin cəld, dəqiq və rahat olmasıdır. Cube və Trek brendləri dünyada bu sahədə ən keyfiyyətli hissələri istehsal edən Yaponiya şirkəti olan Shimano və Amerika şirkəti olan SRAM ilə əməkdaşlıq edirlər.
Dağ velosipedlərini tam performans ilə istifadə elədikdə belə 15-20 il kimi müddətdə çətin yollarda sağ qala bilir. Əsas çəçivəsini və ehtiyat hissələrinin sazlanması və təmizlənməsi də olduqca sadə və asandır. Zəmanətli məhsullarımız məşhur dünya brendi olduğu üçün təmir zamanı ehtiyat hissələrini tapmaq asandır. Zəmanət müddəti bitdikdən sonra belə ən sərfəli qiymətə təmir və velosiped diaqnostikası xidmətimizdən faydalana bilərsiniz.
Dağ velosipedlərinin bir nömrəli məkani 2təkər-də siz istəyinizə uyğun hər ölçüdə mtb tapa biləcəksiniz. Əyləncəli dağ səyahəti üçün ən vacib elementərdən biri ölçüləri və performansı optimal olan velosiped tapmaqdır. Quraşdırma və çatdırılmada bu sahədə illərin peşəkarı olan əməkdaşlarımız sizə kömək etməkdə hazırdır. Əgər Rama, oturacaq, əyləc ,sürət və ya başqa ehtiyat hissələri ilə bağlı suallarınız varsa müştəri xidmətləri ilə əlaqə saxlayıb suallarınızın cavabını ala bilərsiniz.
Dağ (МТВ)
18
Müracİət et
14.01.2022
Сube 2022 modelləri də gəldi !
15.12.2021
Yeni ilə - yeni velosiped ilə!